Qeyri-adi ayaqqabılar üçün 295 min dollar ödədi

29 İyul 2015 17:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, müğənni Ledi Qaqa Alexander McQueen brendindən olan ayaqqabı kolleksiyasına daha birini əlavə edib. O, piton dərisindən hazırlanmış 3 ədəd "Armadillo" ayaqqabısı üçün 295 min dollar ödəyib. Christie's hərrac evində satışa çıxarılan nadir ayaqqabıları almaqla, Ledi Qaqa YUNİSEF-in Nepalda zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına qoşulub.

Qeyri-adi ayaqqabılar üçün 295 min dollar ödədi

Qeyd edək ki, ifaçı Armadillo ayaqqabı seriyasından olan tufliləri "Bad Romance" klipində və 2010-cu ildə "MTV VMA" mükafatlandırma mərasimində geyinmişdi.

Qeyri-adi ayaqqabılar üçün 295 min dollar ödədi