Azərbaycanın cizgi filmi beynəlxalq festivalda nümayiş etdiriləcək

29 İyul 2015 15:30 (UTC+04:00)

Sentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərində XXII KROK Animasiya Filmləri Festivalı keçiriləcək.

Festivalın seçim komissiyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edilib.

Movqe.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, "Azanfilm" studiyasının "Birlik" yaradıcılıq birliyi ilə istehsal etdikləri "Köhnə saat" cizgi filmi Off Limits müsabiqə proqramında İtaliya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq.

Qeyd edək ki, "Köhnə saat" filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.