“Space”in aparıcısı efirə ilanla çıxdı – fotolar

29 İyul 2015 19:10 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, aparıcı Tahirə Məmmədqızı efirə boynunda ilanla çıxıb. O, həmkarı Tural Ozanın ilandan qorxduğunu və onunla birlikdə studiyaya çıxmaqdan imtina etdiyini bildirib: 


"İlk dəfədir əlimdə ilan tuturam. Deyirlər ilan zəhmli, qorxulu heyvandır. Qadınları zəif məxluq adlandırırlar. Amma bu gün sübut etdim ki, xanımlar kişilərdən güclüdür. Tural qorxdu, mən yox".


Daha sonra studiyaya gələn T.Ozan "Şir bürcüyəm, biz sürünənlərdən çəkinirik. Mən ilandan qorxuram" deyə, cavab verib.