Türkiyənin Adana vilayətindəki "İncirlik" hərbi bazası İŞİD terror təşkilatı ilə mübarizədə istifadə oluna bilər.
Bu barədə Movqe.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Məlumatda deyilir ki, İŞİD-ə qarşı mübarizədə bazadan istifadəyə başlanma tarixi hələ müəyyənləşməyib, lakin baza İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən ABŞ və koalisiya qüvvələrinin istifadəsinə yaxın günlərdə verilə bilər.