ÜST: Ukraynada münaqişə ərzində 68 uşaq həlak olub, 183-ü yaralanıb

30 İyul 2015 13:00 (UTC+04:00)

Ukraynada son 15 ay ərzində hərbi münaqişə ərzində 68 uşaq həlak olub. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bəyan edib."2015-ci il, iyulun 24-ə olan məlumata görə, azı 68 uşaq həlak olub, 183-ü xəsarət alıb", deyə T. Yazareviç bildirib. ÜST-ün hesablamalarına görə, 2014-cü il, aprelin ortalarından 2015-ci il, iyulun 24-dək Ukraynanın şərqindəki münaqişə zonasında 6 829 nəfər həlak olub, azı 17 064 nəfər isə yaralanıb.