Günvurma qurbanlarının sayını açıqlandı

30 İyul 2015 17:10 (UTC+04:00)

Sabah ölkə ərazisində hava daha da qızacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin günəşli olacağı, Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq. Havaların istilHavalar isinəndən bü günədək Bakıda 14 günvurma hadisəsi qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Movqe.az-a verdiyi məlumata görə,  son günlər havaların isti keçməsi nəticəsində BŞTTTYS-ə günma diaqnozu ilə müraciət edənlərin də sayı artıb. R. Nağıyevun sözlərinə görə, havalar istiləşəndən Bakıda 35 nəfər gün vurub. Onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib. Bununla belə stansiyanın baş həkimi əhalini isti havalarda ehtiyatlı olmağa, xüsusilə yaşlı insanların və azyaşlı uşaqların bu cür hava şəraitində açıq havaya çıxmamasının məsləhət olduğunu bildirib:"Artıq hidrometerioloqlar son bir neçə günün isti keçəcəyi barədə proqnoz veriblər. Xüsusilə bu günlərdə insanlar günvurmanın qurbanı olmamaq üçün hava şəraitinə uyğun geyinməli, qidalanmalı, gəzintiyə çıxmalıdırlar. Biz məsləhət görürük ki, insanlar səhər saat 11:00-dan axşam saat 18:00-a dək açıq havada gəzməkdən mümkün qədər çəkinsinlər. Eyni zamanda geyimlərində ağ paltarlara, ağ baş örtüklərinə üstünlük versinlər. Bundan əlavə günvurmanın əsas amillərindən olan bədəndə su balansını qoruyub saxlasınlar. Məlumdur ki, günvurmanın əsas səbəbi kimi bədəndə mayenin itirilməsi göstərilir. Ona görə də, isti hava şəraitində gün ərzində ən azı iki-üç litr maye qəbul etsinlər. Qidalarından isə ağır yeməkləri çıxardıb daha çox ağartı, meyvə, tərəvəz məhsullarına üstünlük versinlər".