Pekin 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək

31 İyul 2015 16:40 (UTC+04:00)

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Beynəlxalq Olimpiya Komitəsinin 128-ci sessiyası keçirilib.

Movqe.az xəbər verir ki, iclasda 2022-ci il Qış Olimpiadasına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.

Baş tutan seçkilər nəticəsində Çinin paytaxtı Pekin şəhəri 2022-ci il Qış Olimpiya Oyunlarının paytaxtı seçilib.

Qeyd edək ki, olimpiadaya ev sahibliyi etmək istəyən digər namizəd Qazaxıstanın Almatı şəhəri idi.