Rusiya və Türkiyə qazın qiymətinə endirim edilməsi ilə bağlı razılığa gəlib

31 İyul 2015 18:00 (UTC+04:00)

Rusiyanın "Qazprom" və Türkiyənin BOTAŞ şırkətləri arasında qazın qiymətinə endirim edilməsi ilə bağlı razılıq əldə olunub.

Movqe.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazirin sözlərinə görə, endirimin həcmi 10.25% təşkil edəcək.

"Bizdə olan məlumata görə, "Qazprom" və BOTAŞ arasında qazın qiymətinin endirilməsi barədə razılıq əldə olunub. Endirimin həcmi 10.25% təşkil edəcək", - A.Novak deyib.