Zakir Həsənov Moskvaya səfərə gedib

31 İyul 2015 19:10 (UTC+04:00)

İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edib. Bu barədə Movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.