Azərbaycan nefti ucuzlaşıb

1 Avqust 2015 13:00 (UTC+04:00)

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,93 dollar yaxud 1,69% ucuzlaşıb. Bu barədə Movqe.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,02 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 57,71, dünən isə 54,95 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.