Bir müddət "Barcelona"nın formasını geyən İsaak Kuenka karyerasını Türkiyədə davam etdirə bilər. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Bursaspor" gənc futbolçu ilə danışıqların ilkin mərhələsini yekunlaşdırıb. Bursa şəhərinə təşrif buyuran Kuenka klubun Özlücə bazasında olub. 24 yaşlı foyunçu ilə şəxsi müqavilənin razılaşdırılması barədə məlumat verilsə də, transferin tibbi müayinədən sonra dəqiqləşəcəyi bildirilir.
Qeyd edək ki, Kuenka ötən mövsümü "Deportivo"nun heyətində keçirmişdi.