Hamilə İradədən xanımlara məsləhət - foto

4 Avqust 2015 11:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, hamiləliyinin son ayını yaşayan sənətçi bu dəfə saç boyasından danışıb:


"Hamilə xanımlar saçlarıma boya qoyub-qoymamağım barədə maraqlanırlar. Boyadan istifadə edirəm. Saçım 22 yaşımdan ağarmağa başladığına görə, boyamaq məcburiyyətində qalıram. Saçımı təbii boyalarla rəngləyirəm. Məcbur qalmasaydım, əsla boyatmazdım. Ehtiyacınız yoxdursa, məsləhət görmürəm".


Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailə qurub. Cütlüyün bir qız övladı var. Hamilə sənətçi oğlu olacağını bildirib.