Movqe.az xəbər verir ki, "Samsung Electronics" xərçəng xəstəsi olan işçiləri və onların ailələri üçün 85,8 milyon dollar həcmində fond yaradacaq. İnsan hüquqları təşkilatları şirkətin müəssisələrində 200-dən artıq xərçəng xəstəsinin çalışdığını açıqlayıblar.
Qeyd edək ki, fondun yaradılması haqqında razılıq 2014-cü ilin mayından işçilər və şirkət rəhbərliyi arasında başlanan çəkişmələr nəticəsində əldə olunub.