SOCAR benzin mühərrikinin qaza keçirilməsi üzrə yeni texnologiya tətbiq edir

5 Avqust 2015 16:00 (UTC+04:00)

SOCAR qarşıdakı bir neçə il ərzində ölkədə yanacaq bazarında sıxılmış qazın həcmini 30%-ə qaldırmaq niyyətindədir

"Benzinlə çalışan avtonəqliyyat vasitələrinin mükərrikini qazla iş prinsipinə çevirəcəyik və ondan sonra həmin nəqliyyat vasitələri də sıxılmış qazla çalışacaq". Movqe.az xəbər verir ki, bunu "Report"a "SOCAR Petroleum CNG"dən bildiriblər.

Məlumata görə, bununla bağlı hazırlıq işlərinin bir hissəsi artıq yekunlaşıb:

"Həmin işləri görmək üçün yeni texnologiyadan istifadə ediləcək. İtaliyanın məşhur "CuboGas" texnologiyasından istifadə etməyi düşünürük. Çevrilmə işlərinin aparılması üçün artıq müvafiq bina hazırdır. Sadəcə texnologiyanın tətbiqi ilə bağlı bəzi məsələlər dəqiqləşdirilir. Düşünürük ki, qarşıdakı iki ayda bu proses tam yekunlaşacaq və növbəti işlərə başlayacağıq", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, SOCAR qarşıdakı bir neçə il ərzində ölkədə yanacaq bazarında sıxılmış qazın payını 30%-ə çatdırmaq niyyətindədir.