İlham Əliyev sərəncam imzaladı

5 Avqust 2015 20:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Dini mədəniyyətin inkişafı" fonduna 3,0 (üç) milyon manat ayrılıb.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.