"Southampton"un eks hücumçusu Dani Osvaldo karyerasını Portuqaliyada davam etdirəcək. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu "Porto" ilə anlaşıb. 29 yaşlı futbolçu ötən mövsüm "Boca Juniors"a transfer olunsa da, intizamsızlığı ucbatından Buenos-Ayres təmsilçisindən qovulmuşdu.
Qeyd edək ki, 2013-cü ildə "Southampton" tarixində ən bahalı transferi reallaşdırmaqla (15 milyon funt) Osvaldonu heyətə cəlb etmişdi. "Porto" isə onun karyerasında 12-ci klub olacaq.