Suriyanın xarici işlər naziri Valid əl-Mualem Tehranda iranlı həmkarı Cavad Zərif və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani ilə görüşüb. Publika.az xəbər verir ki, görüşlərdə Suriyadakı vətəndaş müharibəsinin başa çatması üçün göstərilən səylər haqqında müzakirələr aparılıb. Suriyalı nazir İŞİD-i məhv etmək üçün İrandan dəstək istəyib.