Malayziya Baş naziri Nəcib Reza, Hind okeanında Fransaya aid olan Reunion adasında olan qanad parçasının, MH370 saylı Boeinq 777 tipli yoxa çıxmış Malayziya təyyarəsinə aid olduğunu açıqlayıb. 8 Mart 2014-cü il tarixində Kuala Lumpur-Pekin səfərini edərkən 227 sərnişin və 12 ekipaj ilə yoxa çıxan MH370 saylı Boeing 777 tipli Malayziya təyyarəsinə nə olduğu hələ də naməlumdur.