Hind futbolu yenidən meydanda
13 Aprel 2012 17:50 (UTC+04:00)
Hindistan, 1950-ci ildə Braziliyadakı Dünya Kubokuna qatılmağa haqq
qazanıb, lakin normalda çılpaq ayaqla matça çıxan komanda idman
ayaqqabı geymək məcburiyyətində qaldığına görə oyuna qatılmağı rədd
edib.
60 ildən çox vaxtdan sonra bir daha Braziliyada həyata keçəcək
Dünya Kuboku ilə bağlı iqtisadiyyatı sürətlə inkişaf edən
Hindistanın futbola maraq göstərməyə başladığı görünüb.
Lakin, Hindistan komandasının 2014 Dünya Kubokuna qatılma haqqı
əldə etməsi olduqca çətindir.
Ancaq, ölkədə futbola olan marağı artırmaq üçün müxtəlif işlər icra
edilir.
Hindistan futbolunu inkişaf etdirmək istəyənlərin qarşısına çıxan
ilk maneə futbolla maraqlanmağa başlayan hindlilərin olduqca
həvəskar olan yerli liqa yerinə Avropa liqalarını izləməyi
seçməsidir.
Xalqın marağına səbəb olmaq üçün milli liqanın və milli komandanın
inkişaf etdirilməsi lazımdır.
Ziba Yusifova