Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib.
O cümlədən, aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə
dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən
edilərək, protokollar tərtib edilib, cərimələr tətbiq
olunub.
Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati
tədbirlər görülüb.
Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti,
apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı
üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam
etdirir.