Azərbaycanda bankın ləğvi başladı

7 Avqust 2015 18:30 (UTC+04:00)

Lisenziyası iyulun 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılmış "Azərbaycan Kredit Bankı" ASC-nin ləğvetmə prosesinə başlanılıb.


Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, lisenziyanın ləğvi barədə qərar iyulun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmişdi.


Məhkəmənin qərarına əsasən, bankın ləğvedicisi qismində "Azerbaijan International Consultinq Company" MMC çıxış edir.


Ləğvetmə prosesi "Azərbaycan Kredit Bankı" ASC-nin baş ofisində - Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 167A nömrəli ünvanda həyata keçirilir.