Gürcüstan Rusiya ilə dəmiryol xəttini bərpa etmək istəmir

7 Avqust 2015 18:40 (UTC+04:00)

Rusiya və Gürcüstan arasında Abxaziya ərazisindən keçən dəmiryol xəttinin bərpa edilməsi məsələsi Gürcüstan hökumətində müzakirə edilməyib. Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.


Səfir bildirib ki, iqtisadi səbəbdən başqa, bu məsələnin siyasi səbəbləri də var.


Diplomat qeyd edib ki, məhz bu dəmiryolun açılması məsələsi Gürcüstan üçün ərazi bütövlüyünün qorunması təhlükəsi ilə eyni əhəmiyyətə malikdir.