2008-ci ildə İsveçrə muzeyində basqın zamanı oğurlanan
Cezannenin rəsm əsəri Serbiyada tapılıb. Hakimiyyət orqanları şəkil
haqqında söz deməsələr də, yerli media məlumat verib ki, bu Sürixin
Emil Buehrle Kolleksiyasından olan "Qırmızı Jiletdə
Oğlandır".
Polis bildirib ki, bu oğuruqla bağlı üç nəfər həbs edilib. O əlavə
edib ki, bir incəsənət eksperti bu rəsmin 109 milyon dollar
(£68.3m) dəyəri olduğunu bildirib. Sürix muzeyində baş verən bu
oğurluq Avropanın ən böyük oğurluq hadisələrindən biri
olub.
Slavyan aksenti ilə Alman dilində danışan bi şahid, soyğunçuların
üç nəfərdən ibarət, silahlı və üzləri maskalı olduğunu bildirib.
"Qırmızı Jiletdə Oğlan" və üç başqa şah əsər Klod Monet,
Vinsent Van Qoğu və Edqar Degas tərəfindən oğurlanıb. Rəsm
əsərlərindən biri Sürixdə psixiatrik xəstəxananın yanında
avtomobildə üzərində heç bir zədə olmadan aşkar edilib. Digəri isə,
hələ də axtarışdadır.
Polis bildirib ki, Belqrad və Cacakda baş verən həbs hadisəsinə
rəhbərlik üçün Avropadan bir neçə polis məmuru aparılıb. Hadisə ilə
bağlı bəyanatın cümə axşamı günündən sonra veriləcəyi
gözlənilir.
Cezannenin "Qırmızı Jiletdə Oğlan" əsərində ənənəvi İtaliya
geyimində olan bir oğlan təsvir edilib. Şəkilin üç başqa versiyası
ABŞ-da muzeylərdə saxlanılır.
Ziba Yusifova