Movqe.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu Şanlıurfada xalqa müraciət edərkən bildirib.
Davudoğlu zorakılığa sənssiz qalmayacaqlarını bəyan edib:
"Heç bir zaman zorakılığı müdafiə etməmişik, ancaq yenə polislərimizi öldürüb, sonra buna səssiz qalacağımızı düşünürlərsə, vətəndaşlarımızdan xərac almağı nəzərdə tuturlarsa, buradan onlara səslənirəm: Bir daha dövlət nizamını pozan kim olursa-olsun, mütləq cəzalandırılacaq. Qardaşlarımıza qarşı sui-qəsd təşkil etmələrinə imkan verməyəcəyik".