4 tərəfi dəniz olan həbsxanadan qaçdı

10 Avqust 2015 12:05 (UTC+04:00)

Norveçin 4 tərəfi dəniz olan "Bastoy" ada həbsxanasında bir müddətdir saxlanılan məhkum oradan qaçmağa müvəffəq olub. Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə o, sörfinq lövhəsindən istifadə edib.O, sörfinq lövhəsini həbsxananın ətrafında ələ keçirib və plastik əşyanı kürək kimi istifadə edib.Qeyd edək ki, həmin həbsxanada 115 məhkum var.