Azərbaycanda bələdiyyələrin torpaqlarına mülkiyyət sənədi veriləcək
10 Avqust 2015 13:10 (UTC+04:00)
Azərbaycanda bələdiyyələrin balansında olan torpaqlara mülkiyyət
sənədi veriləcək. Movqe.az-a barədə
məlumatı Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının
rəhbəri Hümbət Hüseynov verib. H. Hüseynov bildirib ki, bununla
bağlı Dövlət Əmlak Komitəsinə müraciət edilib: "Bu ilin sonuna kimi
sğz veriblər ki, bələdiyyələrin balansında olan torpaqlara
mülkiyyət sənədi verilsin. Bu sənədin verilməsi çox vacibdir. Bu
sənəddən sonra bələdiyyələrlə mübahisəli torpaq sahələri məsələsinə
bir aydınlıq gətiriləcək".