Teleaparıcı Göygölün istifadəyə verilməsinə etiraz etdi
11 Avqust 2015 16:17 (UTC+04:00)
Teleaparıcı Saleh Bağırov Göygöl Milli Parkının
əhalinin istifadəsinə verilməsinə sosial şəbəkədəki hesabında
münasibət bildirib. Movqe.az-ın məlumatına görə, facebook
hesabında bunları
yazıb: "Göygöl Qoruğunun istifadəyə
verilməsinə təəssüfləndim. Xəbəri eşidəndə bir hadisə yadıma düşdü.
Təqribən, 6-7 il əvvəl həmin Qoruqda çoxsaylı kütlənin iştirakı ilə
konsert aparırdım. O zamanlar da giriş yasaq idi, ancaq televiziya
icazə almışdı. Təbii olaraq mənzərəli yer olduğundan çox gözəl
konsert çəkilmişdi. Çəkiliş 3 saatdan artıq davam etdi. Siz
təsəvvür edə bilməzsiniz ki, çəkiliş bitdikdən sonra ora nə hala
düşdü. Elə bil rəssam əli ilə çəkilmiş o mənzərəni kimsə kislota
töküb yandırmışdı. Hər yer zibil, tullantı, çöp,və.s. Dəhşətə
gəldik. Subyektiv fikrimdir. Yaxın günlərdə o gözəllikdən
əsər-əlamət qalmayacaq. Çünki bizim insanların böyük əksəriyyətinin
təəssüf ki,elementar etikadan xəbərləri yoxdur. O ki, qala elə
yerlərin ziyarəti...
Düzdür, bir çox ölkələrdə bu cür yerlərin ziyarət
edilməsi təşkil olunur. Nədənsə belə neqativ hallara da rast
gəlinmir. Amma bizdə bir çox şey başqa cür olduğu kimi insanlarımız
elementar, bizə məxsus olan dəyəri, gözəlliyi qorumaq bir yana
qalsın, heç fərqinə varmır! Qoruq istifadəyə verilsə də, çox arzu
edirəm ki, əraziyə ciddi nəzarət olsun, yüksək cərimələr tətbiq
olunsun, ərazidə özünü apara bilməyənlərə təkrar giriş qadağan
edilsin. Bəlkə bu yolla o illərdir ki, qorunan gözəlliyi məhv
olmadan saxlaya bildik!"
Xatırladaq ki, Nazirlər Kabinetinin 21 aprel 2015-ci
il qərarına əsasən Göygöl Milli Parkına 2 manat ödəniş etməklə
daxil olmaq mümkündür.