“Coca-Cola” şüşələrinin 100 illik yubileyidir

12 Avqust 2015 12:20 (UTC+04:00)

Bu il dünyaca tanınmış "Coca-Cola" şirkətinin şüşələrinin 100 illiyidir. Bir əsr boyu bu şüşə qablaşdırma gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Hələ 1915-ci ildə "The Coca-Cola Bottling Company" fərqli dizayna malik şüşə qabın hazırlanması üçün müsabiqə elan etmişdi. Nəhayət, 16 noyabr tarixində hamımızın tanıdığı "Coca-Cola" şüşə qabı ABŞ-ın İndiana ştatında fəaliyyət göstərən "Root Glass" şirkəti tərəfindən yaradıldı. "Coca-Cola" şüşəsinin yeni dizaynı kakao bitkisinin toxumlarının forması və üzərindəki xətlərdən ilhamlanaraq yaradılıb. Şüşə qab 14,5 unsiyadan az olmayan çəkiyə malikdir və 6,5 unsiya miqdarında "Coca-Cola" içkisi doldurulduqda qabın ümumi çəkisi 1 funtdan (450 q) çox təşkil edir. 1918-ci ildə "The Coca-Cola Company" ilk dəfə olaraq yeni qablaşdırmaya həsr olunmuş milli reklam kampaniyası başladı. Daha sonra "Coca-Cola" şüşəsi Amerikanın milli simvoluna çevrildi və artıq 1949-cu ildə ABŞ əhalisinin 99%-i şüşə qabı sadəcə formasına görə tanıyırdı. Növbəti ildə "Coca-Cola" şüşəsi "Time" jurnalının üz qabığında dərc olunur.Coca-Cola adıçəkilən nəşrin üz qabığında yer almış ilk kommersiya məhsulu idi.

1951-ci ildə özəl formaya malik şüşə qab ticarət nişanı statusunu alır. "Coca-Cola" butulkasının tanınması ilə şüşə qabın pop sənətindəki rolu durmadan artırdı. Ötən əsrin 20-ci illərinə xas dəb tendensiyalarına əsasən xalq arasında onu "ətəkli butulka" adlandırır və qadın formalarını xatırlatdığına görə dövrün tanınmış aktrisası Mey Uestin adı ilə çağırardılar. Kontur xətli "Coca-Cola" şüşəsi haqda yazılar yalnız ABŞ-da deyil, ölkə hüdudlarından kənarda da dəb, pop sənəti və incəsənətə həsr olunmuş müxtəlif nəşrlərdə daha çox dərc olunmağa başlandı. 6 şüşəlik kaset qablaşdırmanın buraxılması isə dünyada "Coca-Cola" istehlakı həcminin artmasına səbəb oldu. 1931-ci ildə şirkət "Coca-Cola"nın reklamını populyar jurnalların üz qabığında yerləşdirməyə başlayıb.

"The Coca-Cola Company" ilə əməkdaşlıq edən "D'Arcy" reklam agentliyinin nümayəndəsi Arxi Li tarixi, həmçinin uydurulmuş personaj sayılanSantaKlausun təsvir edilməsini təklif etmişdir. Beləliklə, "Coca-Cola"Santa geyimində olan insanın deyil, Santa Klausun özünün təsvirinin yer aldığı reklam təsvirlərinin hazırlanmasını Miçiqandan olan illüstrator Heddon Sandbloma həvalə etmişdir.1964-cü ildə Sandblom Santa Klausun təsvirinin yekun nümunəsini yaradıb ki, məhz bu təsvir onilliklər ərzində, hətta günümüzdə də "Coca-Cola"nın reklam şəkillərinin əsasını təşkil edir. İllər ərzində xalq arasında və peşəkar dairələrdə "Coca-Cola" şüşə qabı müxtəlif adlar alıb, həmçinin fərqli formalarda istifadə edilib.

Şirkət 100 illik yubiley çərçivəsində yeni reklamlar, himnin təqdimatı, o cümlədən Endi Uorhol, Norman Rokvel, Piter Bleyk kimi dünyaca tanınmış rəssamların əsərlərinin sərgisini təşkil edəcək.