Hadı Rəcəbli: Yaxın vaxtlarda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq

12 Avqust 2015 13:08 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisinin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.


Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı sistemli iş aparılır.


Hazırda bununla bağlı bir neçə ölkənin təcrübəsinin öyrənildiyini deyən millət vəkili sözügedən məsələnin tətbiqindən sonra səhiyyə sistemminin maliyyələşəməsinin tamamilə yenilənəcəyini qeyd etdi:


"Bilirsiniz icbari sığorta ilə bağlı hüquqi baza var. Amma icbari tibbi sığortanın tətbiqi üçün səhiyyənin maliyyələşməsi kökündən dəyişməlidir. Ona görə də bu məsələ biraz gecikir. Mütəxəssislər dünya təcrübəsini öyrənir. Biz bu sahədə mübət və mənfi ola biləcək tərəfləri araşdırırq. Nəyin müsbət, nəyin mənfi ola biləcəyini müəyyənləşdiririk. Məsələn Türkiyə və Xorvatiyanın bu sahədəki təcrübəsini çox bəyənirik. Bu iki ölkənin təcrübəsindən yararlanıb, onlardan istifadə edə bilərik".


İcbari tibbi sığortanın tətbiqinin gecikməsini onun çox ciddi və məsuliyyət tələb edən proses olması ilə əlaqələndirən H.Rəcəbli sözügedən məsələyə başlayandan sonra Azərbaycan səhiyyəsində çox böyük yeniliklərin olacağını qeyd etdi:


"Vətəndaş kartını gətitib göstərəcək həkimə, ona müalicə yazılacaq. Həkimin bütün gördüyü işlər sözügedən kartda görsənəcək və bununla da o, gördüyü işlərə görə maaşından əlavə pul alacaq. Eyni zamanda bu həkimlə vətəndaş arasındakı neqativ hal saydığmız "həkimə hörmət" məsələsini aradan qaldırmış olacaq. Bununla yanaşı həkimlərin yazdığı reseptlə dərmanların özünün alışı pulsuz ola bilər. Çünki o sığorta kartı vasitəsi ilə dərmanların pulu ödəniləcək".