Movqe.az xəbər verir ki, qreypfrut arıqlamağa kömək edən ən təsirli meyvələrdən biridir. Diyetoloqlar qreypfrutu pəhriz saxlayanların ən yaxşı dostu hesab edirlər. Mütəxəssislərin sözlərinə görə, qreypfrut o qədər təsirli meyvədir ki, onun qoxusu belə arıqlamağa kömək edə bilər. Belə ki, qreypfrutu iyləmək iştahanı azaldır. İdeal çəkidə qalmaq istəyənlər aşağıdakı səbəblərə görə, mütləq bu meyvədən yeməlidirlər:
Toxluq hissi verir
Liflə zəngin olduğu üçün insanı tox saxlayır. Bir ədəd qreypfrut 53 kalori və 2 qram lif ehtiva edir. Ona görə də, bu meyvəni gündəlik qida menyusuna mütləq əlavə etmək lazımdır. Araşdırmalar göstərir ki, hər öyündə yarım qreypfrut yeyərək ideal çəkini qorumaq olar. Qreypfrut sevməyənlər bu meyvəni gündə bir dəfə - səhər yeməyi zamanı yesinlər. Şirəsini çəkib içmək də faydalıdır. Ancaq şirə daha az lif ehtiva etdiyi üçün uzun müddət toxluq hissi vermir.
Qan şəkərini tənzimləyir
Meyvənin tərkibindəki maddələr insulin səviyyəsini aşağı salır. İnsulin aşağı olduqda orqanizm qidaları daha tez enerjiyə çevirir və yağların bədəndə toplanmağının qarşısını alır.
Aclığı aradan qaldırır
Qreypfrutu yeməklərdən öncə yesəniz, iştahanız azalar və beləliklə, daha az kalori qəbul edərsiniz
Qreypfrutun qoxusu da iştahanı azaldan vasitələrdən biridir. Əgər yeməyi xoşlamırsınızsa, yanınızda bu meyvənin yağını gəzdirə bilərsiniz. Getdiyiniz hər yerdə - işdə, qonaqlıqda, restoranda yeməkdən öncə bu yağı iyləyin. Bu sizin daha az yeməyinizə səbəb olacaq.