Azərbaycanın xaricə satdığı elektrik enerjisi 25% artıb

15 Avqust 2015 17:20 (UTC+04:00)

İyul ayında həyata keçirilən elektrik enerjisi satışı 12 803,81 min ABŞ dolları dəyərində olub

Bu ilin iyul ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 167 898,22 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 33 874,52 min kVt/saat, yaxud 25,28% çoxdur.

Movqe.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 172 690,05 min kVt/saat, yaxud 45,04% azalaraq 210 759,67 min kVt/saata bərabər olub.

Komitədən bildirilib ki, iyul ayında həyata keçirilən elektrik enerjisi satışı 12 803,81 min ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 817,19 min dollar və ya 31,24% azdır.