XİN: "Kuba daxili məsələlərini ABŞ-la müzakirə etməyəcək"

15 Avqust 2015 17:50 (UTC+04:00)

Daxili məsələlərlə bağlı qərarlar müzakirə olunmur və ABŞ-la danışıqların gündəliyinə çıxarılmayacaq

Kubanın daxili məsələləri heç vaxt ABŞ-la müzakirə olunmayacaq. Movqe.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bunu Kuba Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər şöbəsinin müdiri Jozefina Vidal bildirib.

Onun sözlərində görə, daxili məsələlərlə bağlı qərarlar müzakirə olunmur və ABŞ-la danışıqların gündəliyinə çıxarılmayacaq.

Diplomat ABŞ dövlət katibi Con Kerrinin Kuba hökumətinin ölkədə insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırana qədər Konqresin sanksiyaları aradan qaldırmayacağı barədə sözlərini də şərh edib: "Kuba bunu cavablandırmağa ehtiyac görmür".