De Xea əsas komandaya qaytarıldı

17 Avqust 2015 00:30 (UTC+04:00)

"Manchester United"in qapıçısı David de Xea yenidən əsas komanda ilə məşqlərə başlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ispan qapıçı "Aston Villa" ilə oyundan sonra (1:0) ümumi qrupla məşq edib.

Qeyd edək ki, De Xea Premyer Liqanın ilk 2 turunda "United"in iştirak ərizəsinə salınmamışdı.