Goranboyda ağır qəza: yaralılar var
17 Avqust 2015 10:35 (UTC+04:00)
Bakı-Qazax magistral yolunda üç nəfərin yaralanması ilə nəticələnən
yol nəqliyyat hadisəsi baş verib.
Movqe.az-ın APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə,
hadisə magistral yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri
ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1965-ci il təvəllüdlü Maarif
Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə
olarkən arxadan 1981-ci il təvəllüdlü Elmir Məmmədovun idarə etdiyi
"Ford Tranzit" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "VAZ
2107"in sürücüsü və maşında olan sərnişinlər, 1963-cü il təvəllüdlü
Kifayət Məmmədova və Fəlakət Cəfərova müxtəlif bədən xəsarətləri
alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına
yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu
bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.