Günəşdən yanan dəriyə və saçlara qulluq

18 Avqust 2015 10:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, məzuniyyət mövsümü başa çatmaq üzrədir. Artıq əksər insanlar gözəl qaralmış dəriyə nail ola bilib.

Amma vücudumuz qaralmaqla yanaşı quru və cansız dəri kimi bir sıra problemlər də əldə etmiş oldu. Buna səbəb isə ultrabənövşəyi şüaların dəri hüceyrəsində sərbəst radikalların yaranması prosesini aktivləşdirməsidir. Bu molekullar hüceyrələrə mənfi təsir göstərərək dəridə qırışın, quruluğun və sallaqlığın yaranmasına gətirib çıxarır. Bundan əlavə, günəş, dəniz suyu və ya xlorlu hovuz suyu saçlara da öz mənfi təsirini göstərir. Saçlar yanaraq codlaşır və kövrəkləşir. Lakin Biologique Recherche fransız laboratoriyasının istehsalı olan universal Huile Benefique yağı xüsusi olaraq bu problemlərlə mübarizə məqsədilə işlənib hazırlanmışdır. Bu vasitəni bədənlə yanaşı, saça da tətbiq etmək mümkündür.

Günəşdən yanan dəriyə və saçlara qulluq

Yağdan istifadə etdikdən sonra dəriniz yumşaqlığını, hamarlığını və nəmliyini geri qaytaracaq, saçlarınız isə parıltısını bərpa edəcək. Huile Benefique yağı dərini qurumağa qoymur, onun üst qatlarını yumşaldır və dəridə heç bir yağlı qat buraxmır. Vasitə bütün növ dərilər üçün nəzərdə tutulmuşdur və xüsusən də günəş vannası qəbul etdikdən sonra istifadəsi nəzərdə tutulub. Biologique Recherche fransız laboratoriyasının mütəxəssisləri daha effektiv nəticə əldə etmək üçün Huile Benefique yağını gündəlik olaraq üzə, bədənə və saçlara çəkməyi tövsiyə edirlər.

Günəşdən yanan dəriyə və saçlara qulluq