Movqe.az xəbər verir ki, yorğunluğu aradan qaldıran, zehni qüvvətləndirən ispanağın sağlamlığa da bir çox faydası var. Budur, sağlamlıq anbarı ispanağın faydaları ...
Yaşıl yarpaqlı tərəvəzlərin sağlamlığa faydaları şübhəsiz ki, müzakirə olunmazdır... Ürək xəstəliklərindən xərçəngə qədər bir çox xəstəliyə yaxşı təsir edən bu tərəvəzlər sağlamlığa faydalarıyla ön plana çıxır. ABŞ-lı elm adamlarının etdiyi yeni bir araşdırma ispanağın bədəndəki pis yağ nisbətini azaltdığını ortaya çıxarıb. 2 yumruq böyüklüyündə yeyiləcək ispanağın uşaqlarda obezite riskini əhəmiyyətli ölçüdə azaltdığını ifadə edən mütəxəssislər, bu möcüzə tərəvəzin eyni zamanda qaraciyər yağlanmasında da təsirli olduğunu söyləyir. Xüsusilə, uşaqların günorta yeməklərində yaşıl tərəvəzlərə yer verilməsi lazım olduğunu ifadə edən mütəxəssislər, "Yetkin insanların qəbul edəcəkləri qidaların siyahısına yaşıl və narıncı tərəvəzləri əlavə etmək lazımdır" - deyir. Yorğunluğu aradan qaldırır. Edilən araşdırmada, insulin səviyyəsinin nizama düşdüyü vurğulanılır, bu vəziyyətin şəkər xəstəliyi riskini də azaltdığı bildirilir. Digər tərəfdən, Brokolinin də ispanaqla eyni təsiri yaratdığı deyilir.
Zamanın məşhur xəstəliyi obezitenin qarşısını almaqda əhəmiyyətli rol oynayan ispanağın sağlamlığa digər faydaları belə sıralanır:
- Bədənin dayanıqlılığını artırır və bədənə qüvvət verir.
- Yorğunluğu aradan qaldırır.
- Zehni qüvvətləndirər.
- Yaşlılıqla bağlı öyrənmə çətinliklərini aradan qaldırar.
- Qansızlığa yaxşı gəlməsinin yanında, xərçəng, ürək və damar xəstəlikləri ilə soyuqdəyməni, ağız, boğaz və sinə xəstəliklərinə qarşı da faydalıdır.
- Yüksək təzyiqə, iflicə və xüsusilə, yaşlanmaqla bağlı olan görmə pozğunluqlarına yaxşı təsir edir.
- Sinirləri yatırar və sakitlik verər.
- Həzmi asanlaşdırır.
- Yara və yanıqların düzəlməsini sürətləndirər.
- Sümükləri və dişləri gücləndirir.
- Diş çürümələrinə maneə olar.