Movqe.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.
DSX rəisi deyib ki, sərhəd məntəqələrində bir neçə ildir səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zasta-valarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir: "Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitəleri, həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, Dövlət Sərhəd Xidmətində rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə imkanlarına malik vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Ölkəmizin sərhəd təhlükəsizliyinin fiziki üsulla yox, əməliyyat və texniki yolla təmin olunması istiqamətində mühüm işlər görülür".
E.Quliye həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində ölkəmiz MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilib. Kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyaların, о cümlədən "Azərsky" peykinin imkanlarının tətbiqinə başlanılmışdır".