Həzrəti İsanın Məzarı tapıldı

13 Aprel 2012 19:00 (UTC+04:00)

Qüdsdə üzərində kamera quraşdırılmış uzaqdan idarə edilən robotla aparılan araşdırmaların sonunda Qüdsdəki bir qüllənin altında birinci əsrdə aid edilən bir məzar otağı tapılıb. Bu informasiyanı yayan Nort Carolina Universitetində çalışan həkim Ceyms Tabor "Tapdığımız qəbiristanlıqda bəzi yazılar var. Buranın Həzrəti İsanın yatdığı yer olduğunu düşünürük" deyib.

MƏZARIN İÇİNDƏ YAZI TAPILDI
Məzar otağında sümük qalıqları tapıldığını deyən Tabor, qəbiristanlığın içində "İlahi Yehova oyan, oyan" yazıldığı açıqlanıb. Qəbiristanlığın içində bir balıq rəsminin olduğuna da diqqət çəkən elm adamları, bu şəkillərin İncildə adı çəkilən Əziz Jonah ilə balina arasındakı hekayəyə işarə olduğunu qeyd ediblər.
Tabor apardıqları araşdırmadan sonra məzarın Həzrəti İsanı basdıran Aramatyalı Yusufun ailə qəbiristanlığı ola biləcəyini qeyd edib. Tabor qazıntı və araşdırma işlərin davam edəcəyini söyləyib.

Tural QABİLOĞLU