Türkiyənin cənub-şərqindəki Siirt vilayəti ərazisində PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi avtomobili partladıblar.
Movqe.az-ın NTV-yə istinadən verdiyi məlumata görə, Siirt-Pərvari yolunun kənarına daha öncə basdırılmış bombanın partladılması nəticəsində yoldan keçən hərbi avtomobilin içərisindəki 8 əsgər şəhid olub. Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb olunub və terrorçulara qarşı əməliyyat başlayıb.
Diyarbəkir vilayətinin Licə rayonu ərazisində avqustun 18-də baş vermiş toqquşmalar nəticəsində həlak olan türk əsgərlərinin sayı isə 4-ə çatıb. Beləliklə, iki gün ərzində Türkiyə 12 əsgərini itirib. Əməliyyatlar davam edir.