ABŞ –da 300 il əvvəl batan İspan gəmisindən 4.5 milyon dollar dəyərində qızıl tapılıb. ANS PRESS-in məlumatına görə, gəmi Atlantik okeanının Florida ştatı sahillərində aşkar edilib. Batmış gəmini ABŞ-a məxsus "1715 Fleet" şirkəti tapıb. Şirkət 2010-cu ildən Florida sahillərində axtarışlar aparırdı. İçərisində qızıl, gümüş və qab-qacaqlar olan gəmi 300 il əvvəl Floridadan İspaniyaya getmək üçün yola çıxsa da, mənzil başına çata bilməyib. Gəmi batan zaman 1000 nəfərdən çox insan həyatını itirib. Qızıllar 3 əsr boyunca suyun altında qalsa da öz keyfiyyətini itirməyib. Tapılmış qızıl ekspertlər tərəfindən 4,5 milyon dollar məbləğində dəyərləndirilir. Gəmi İspan ticarətçilərinə məxsus olub. Həmin ərazidə daha 11 gəmi batıb.