Bakı-Sumqayıt yolunun istifadəçilərinə şad xəbər
20 Avqust 2015 13:34 (UTC+04:00)
Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində
elektrik qatarlarının hərəkətini təşkil etmək üçün ciddi hazırlıq
gedir. "Azərbaycan Dəmir Yolları"
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir
Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu məqsədlə
avqustun 20-də Azərbaycanа daha bir ikimərtəbəli elektrik qatarı
gətirilib. Bu, ölkəmizə gətirilən sayca üçüncü
qatardır.
"Stadler Rail Group" şirkətinin
"Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı elektrik
qatarının birincisi Bakı sərnişin stansiyasına mayın 30-da,
ikincisi isə isə mayın 31-də gətirilib. İlin sonuna qədər isə ölkəmizə daha iki elektrik qatarı
gətiriləcək.
Hər biri 4 vaqondan ibarət olan elektrik
qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata
artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi
sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü
biznes-sinfinə aiddir.