Qazaxıstanın milli valyutası tenqe bu gün fond birjasında 26% dəyər itirdikdən sonra ölkə tenqenin sərbəst kursuna keçib. Hal-hazırda Alma-Atanın əksər kommersiya bankları və valyuta dəyişmə məntəqələri fəaliyyətini dayandırıb. "Tengrinews" nəşrinin jurnalisti şəhərdə yalnız bir işləyən bankomat tapa bilib. Onun da qarşısında böyük insan kütləsi toplaşıb. İnsanlar tenqeni dollar və avroya dəyişmək üçün uzun növbələrdə dayanıblar. Bankomatda avro və dollar tapmayanlar pullarını rubla dəyişiblər.