Şimali Koreya lideri Kim Çen Inın əmri ilə ölkədə bütün qoşunlar taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR-nın mərkəzi radiosu məlumat yayıb.
Məlumata əsasən, avqustun 21-i yerli vaxtla saat 17:000-dan etibarən Şimali Koreyanın bütün hərbi birləşmələri taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.
Qeyd edək ki, avqustun 20-də Kim Çen Inın sədrliyi ilə Koreya Xalq partiyası Mərkəzi Komitəsinin iclası keçirilib.
Xatırladaq ki, son günlər ərzində KXDR və Cənubi Koreya bir-birlərini ağır artilleriyadan atəşə tutublar.