Manat bahalaşır

21 Avqust 2015 13:15 (UTC+04:00)

Rubul və türk lirəsi 21 fevral devalvasiyadan sonra Azərbaycan manatına nisbətdə rekord səviyyədə ucuzlaşıb Movqe.az xəbər verir ki, bu gün  Mərkəzi Bankdan verilən məlumata görə 1 rubul 0,0154 manata (1000 rubl = 15,4 manat) bərabərdir. Son günlər 1 rubul 0, 0170-0.0160 manat intervalında hərəkət edirdi.

Qeyd edək ki, bu il  fevral ayının əvvəlində 1 rubl 0.0113 manata qədər düşmüşdü. 21 fevralda  manatın devalvasiya günü 1 rubl 0.0170 manata qaldırılmışdı.Mart ayından başlayaraq rubul manat qarşısında güclənməyə başlamış, 19 Mayda 0.0213 manata qədər yüksəlmişdi (1000 rubl = 21,3 manat). İyul ayından başlayaraq isə, yenidən rubul ciddi ucuzlaşmağa başlamışdır.Son 3 ayda rubl manata nisbətdə 27,7% ucuzlaşıb. Bu, 1000 rublda 5,9 manat ucuzlaşmaya bərabər gəlir.Manat türk lirəsi qarşısında da güclənir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, bu gün  1 türk lirəsi 0,3570 manatadır. Bu il 21 fevralda devalvasiya gün 1 türk lirəsi 0.4281 manata bərabər edilmişdi. Həmin vaxtdan bu yana manat türk lirəsi qarşısında 16,6% bahalaşıb