Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Sentyabrın 15-də dərs illinin başlaması ilə əlaqədar sıxlığın olacağını istisna etməyən N.Əzməmmədov qeyd etdi ki, bununla bağlı artıq işlərə başlanılıb və çox güman ki, xəttə əlavə qatarlar qoşulacaq: "Hər il sentyabrda dərs ilinin başlaması həm avomobil yolları, həm də dəmir yolu ilə gələnlərin artmasına səbəb olur. Ona görə də biz hər il olduğu kimi bu il də bir sıra qabaqlayıcı tədbirlər həyata keçirməyi düşünürük. Adətən biz bunu billet satışına olan tələbatdan bilirik. Sentyabrın 5-ə qədər billet satışının çox olduğunu görsək, xəttə əlavə qatarlar qoşacağıq. Ümid edirəm ki, sərnişindaşımada, insanların gediş-gəlişində heç bir problem yaşanmayacaq".
Qeyd edək ki, Azərbaycanda tədrisə hər il sentyabrın 15-də start verilir