Robin Niblet : “Chatham House” Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır

21 Avqust 2015 14:00 (UTC+04:00)

Böyük Britaniyanın "Chatham House" Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet özünü qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti " kimi təqdim edən Bako Saakyanın bu il iyulun əvvəlində sözügedən qurumun dəvəti ilə Londona səfər etməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırıb.


Cəmiyyətdən Movqe.az-a daxil olan məlumatda deyilir ki, R.Niblet sözügedən məktubda bəyan edib ki, "Chatham House" un qaydalarına əsasən institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınması və ya dəstəklənməsi demək deyildir. "Chatham House" Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır.


R.Niblet TEAS-a ünvanladığı məktubda gələcəkdə bu kimi tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndəsini də qonaq etməyə hazır olduqlarını bildirib. Məktubun sonunda institutun direktoru bir daha vurğulayıb: "Biz daha geniş miqyasda isə hər zaman etdiyimiz kimi, Azərbaycan hökümətinin rəsmilərinə danışıqlar aparılması və müxtəlif tədbirlərimizdə iştirak etmələri üçün "Chatham House"da şərait yaratmağa həmişə hazırıq".