XDMX-nin Müalicə-Diaqnostika Mərkəzinin rəisinə tibb xidməti general-mayoru rütbəsi verilib

21 Avqust 2015 15:45 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova general rütbəsi verib.

Movqe.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə E.Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilib.