Xalq artisti konsertə hazırlaşır

23 Avqust 2015 20:00 (UTC+04:00)

Movqe.az "publika.az"a istinadən xəbər verir ki, sənətçi səhnə fəaliyyətinin 33 illiyini səhnədə - tamaşaçıları qarşısında qeyd edəcək:


"Uzun illərdir ki, səhnədə rəqqasə kimi fəaliyyət göstərirəm. Dəfələrlə Azərbaycanımı istər öz, istərsə də xarici ölkələrdə təmsil etmişəm. Milli rəqslərimizin dünyada təbliğ olunmasından fəxr hissi keçirirəm. Düşündüm ki, artıq konsert vermək zamanı gəldi. Bu çıxışı tamaşaçılarım qarşısında hesabatım kimi də dəyərləndirirəm."