Eldar erotik klipindən danışdı: "Təhqirlərə əhəmiyyət vermirəm"

24 Avqust 2015 13:50 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni "Onlar"a açıqlamasında ünvanına deyilən təhqirlərə əhəmiyyət vermədiyini bildirib:


"Hər bir insanın öz fikri var. Yaxşını da, pisi də qəbul edirəm. Bunu təkcə Azərbaycan tamaşaçısı üçün çəkdirməmişəm. Məni sevən insanlar üçün etmişəm. Gözəl bir ekran işi alınıb. Hələ 2011-ci ildən özümə söz vermişəm ki nə yaxşı, nə də pis şərhləri oxuyum. Sosial şəbəkələrdə olanlara fikir vermirəm. Bu klipdə də məntiq, şəxsi yanaşma var. Bu mənim təcrübəmdə yenilik, düşünülmüş addım idi. Əslində beş dinləyicim olsa da, keyfiyyətli olsun. Onlar mənim dünyaya baxışımın dostlarıdır".