Ləğv edilən yarmarkalar yenidən açılacaq

24 Avqust 2015 15:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu bizimyol.info saytına Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

O bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir:


"Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə ünvanların dəqiqləşdirilməsi prosesi gedir. Ünvanlar dəqiqləşdikdən sonra yarmarkalar fəaliyyətə başlayacaq və vətəndaşlara bu barədə əlavə məlumat veriləcək".